Əsas Səhifə > Dünya idmanı > Alabadan Avstriya klubuna maddi dəstək
Alabadan Avstriya klubuna maddi dəstək15-05-2021, 18:28 |
“Bavariya”nın futbolçusu David Alaba Avstriyanın “Austriya” klubuna maddi dəstək verib. BrendSport.az xarici KİV-lərə istinadən xəbər verir ki, müdafiəçi 500 min avro qarşılığında iflas həddində olan klubun səhmlərinin 2 faizini alıb. Bu sərmayənin Avstriyaya yeni investor cəlbinə kömək etməsi gözlənilir. Alaba 2002-2008-ci illərdə “Austriya”nın gənclər komandalarında oynayıb, oradan “Bavariya” akademiyasına keçib. Qeyd edək ki, David Alaba yayda Münhen təmsilçisini tərk edəcəyini açıqlayıb. Geri qayıt |