Zidan hakimdən şikayətləndi
“ Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 35-ci turunda "Sevilya" ilə matçın (2:2) baş hakimindən şikayətlənib.
BrendSport.az "Marca"ya istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis referinin "kral klubu"nun qapısına təyin etdiyi penaltidən narazıdır:
"Heç nə başa düşmürəm. Militaonun əllə oyunu var idisə, "Sevilya"da da eyni epizod baş vermişdi. Hakimin mənə dediklərindən razı qalmadım. Heç vaxt hakimlər haqqında danışmıram, amma bu gün əsəbiləşdim. Lakin, heç nəyi dəyişdirməyəcəyik. Oyunumuzdan razıyıq, amma daha çoxuna layiqik. Çünki ikinci hissəni möhtəşəm keçirdik. Hakim qərarları mənə izah etməlidir. Biz sonuna qədər mübarizə aparacağıq. Qalan 3 oyun barədə düşünmək lazımdır. Amma topun ələ dəyməsi ilə bağlı iki epizod olsa da, penalti bizim qapımıza verildi".
Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində 75 xalla 2-cidir.
Facebook-da paylaş