"Real"ın baş məşqçisi olduğum üçün çox şanslıyam"
“Real”ın baş məşqçisi Zinəddin Zidan klubdakı gələcəyi barədə danışıb.
BrendSport.az Qol.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib:
“Florentino Peresin prezident olmağa davam edəcəyinə görə sevinirəm. Bundan sonra nə olacağını heç kim bilmir. 4-5 illik bir müqavilə imzalayıb, səhəri gün işdən çıxarıla da bilərsiniz. Mən gələcəyə baxmıram. “Zidanın istefaya göndərilməsi lazımdır” və s. desələr belə, bu barədə danışmıram. "Real"ın baş məşqçisi olmduğum üçün çox şanslıyam. Amma ən yaxşı olmasam da, dəhşətli bir məşqçi kimi görünmürəm. Əsas odur ki, işinə həvəslə yanaşasan. Oyunçular isə ən vacibdir məqamdır”.
Qeyd edək ki, “Real” hazırda La Liqanın turnir cədvəlində 66 xalla 2-cidir.
Facebook-da paylaş