"Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salındı - Azarkeşlər stadiona girdi
İngiltərə Premyer Liqasının 34-cü turunda bu gün Bakı vaxtı ilə saat 19:30-da başlamalı olan "Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salınıb.
BrendSport.az "Sky Sports"a istinadən xəbər verir ki, "MY" azarkeşlərinin kluba etiraz əlaməti olaraq stadiona daxil olması görüşün qeyri-müəyyən vaxta təxirə salınmasına səbəb olub.
Artıq ikinci hətədir ki, "Mançester Yunayted" fanatları klubun sahibi Qleyzerlər ailəsinə Superliqaya daxil olduqları üçün etiraz edirlər. Bu gün isə minlərlə azarkeş əvvəlcə Mançesterdə etiraz aksiyası keçirib, daha sonra isə fanatların bir hissəsi "Old Trafford"a daxil olaraq matçın keçirilməsinə mane olub.
Facebook-da paylaş