Milnerdən yeni rekord
"Liverpul"un futbolçusu Ceyms Milner İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
BrendSport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Milner “Nyukasl”la qarşılaşmaya (1:1) sonradan çıxıb. Yarımmüdafiəçi Premyer Liqada 159-cu dəfə matça ehtiyatdan daxil olub. Bu, turnirin tarixində mütləq rekorddur.
Milner Piter Krauça məxsus göstəricini arxada qoyub. O, 158 dəfə meydana sonradan daxil olmağı bacarıb.
Facebook-da paylaş