Millimizin qatılacağı Avropa çempionatının vaxtı açıqlandı
Avropa Triatlon İttifaqı (ETU) avqustda üç turnirin keçiriləcəyini açıqlayıb.
BrendSport.az xəbər verir ki, 28-30 avqustda Estoniyanın Tartu şəhərində Avropa çempionatı təşkil olunacaq.
Hazırda Ukraynada təlim-məşq toplanışında olan Azərbaycan millisinin qitə birinciliyində iştirakı nəzərdə tutulub.
Avqustda, həmçinin Latviyada və Polşada yeniyetmələr arasında Avropa kuboku yarışları təşkil olunacaq.
Facebook-da paylaş