Beynəlxalq Gimnastika Federasiyası daha iki turniri təxirə salıb
Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi daha iki turniri təxirə salıb.
BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, İcraiyyə Komitəsinin qərarı ilə 2021-ci ildə keçirilməsi planlaşdırılan yeniyetmələr arasında idman və bədii gimnastika üzrə dünya çempionatlarının vaxtı dəyişdirilib. Təşkilatçılar bu qərarı “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasına görə veriblər.
Qeyd edək ki, hər iki dünya çempionatı 2023-cü ildə təşkil olunacaq.
Facebook-da paylaş