Türkiyə klubunun Avropa Liqası oyununa azarkeş buraxılmayacaq
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsindəki "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçı azarkeşsiz keçiriləcək.
BrendSport.az "NTV Spor"a istinadən xəbər verir ki, fanatlar martın 12-də Kopenhagendə olacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Valensiya"sı ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq.
Xatırladaq ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub.
Facebook-da paylaş