Portuda 16-cı illik marafon keçiriləcək
Noyabrın 3-də Portuda marafon distansiyasına (EDP Porto Marathon) 16-cı illik qaçış keçiriləcək. Bu il marafonda 73 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Bu marafon yenidən Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) bürünc səviyyəsinə layiq görülüb ki, bu da onun keyfiyyətinə dəlalət edir.
Keniyalı Coel Kiptunu, Yustus Kiprotiçi və Daniel Yatoranı bu yürüşün əsas favoritləri hesab edirlər.
Portuqaliya Yüngül Atletika Federasiyasının prezidenti Xorxe Vieyranın sözlərinə görə, marafondan əldə olunan gəlir Portuqaliya Osteoporoz Assosiasiyasının fonduna köçürüləcək.
Alqarve Universitetinin keçirdiyi tədqiqatın nəticələrinə görə, 2018-ci ilin marafonu yerli iqtisadiyyata 12,7 milyon avro gəlir gətirib. Hesablamalara görə, marafon qaçışlarının keçirildiyi 15 il ərzində 100 milyon avrodan çox gəlir götürülüb. Texnoloji yenilik kimi mobil əlavə tətbiq ediləcək. Həmin əlavə ilə marafonu izləmək mümkün olacaq.
Marafonda portuqaliyalılarla yanaşı, Fransadan 753, İspaniyadan 527, Braziliyadan 295 idmançı iştirak edəcək.
Facebook-da paylaş