Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyə Superliqası: “Qalatasaray” liderlə xal fərqini azaldıb



Aprelin 20-də Türkiyə Superliqasının 29-cu turunun növbəti oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, günün mərkəzi matçında “Qalatasaray” öz meydanında “Kayserispor”u sınağa çəkib. Matç 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Qalatasaray”ın heyətində Diane dubl edib, Naqatomo isə bir dəfə fərqlənib. Qonaqların yeganə qolunu isə Kravets vurub.

Beləliklə, bu qələbədən sonra xallarının sayını 59-a yüksəldən “Cim-bom” lider “Başakşəhər”lə xal fərqini ikiyə endirib. “Başakşəhər” rəqibinə nisbətən bir oyun az keçirib.

Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

“Trabzonspor” – “Yeni Malatyaspor” – 2:1

“Göztəpə” – “Ərzurum BB” – 0:1

“Akhisarspor” – “Antalyaspor” – 1:2


Facebook-da paylaş

Xəbəri paylaş