Əsas Səhifə > Dünya idmanı > Türkiyə Superliqası: “Qalatasaray” liderlə xal fərqini azaldıb
Türkiyə Superliqası: “Qalatasaray” liderlə xal fərqini azaldıb21-04-2019, 12:49 |
Aprelin 20-də Türkiyə Superliqasının 29-cu turunun növbəti oyunları keçirilib. BrendSport.az xəbər verir ki, günün mərkəzi matçında “Qalatasaray” öz meydanında “Kayserispor”u sınağa çəkib. Matç 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Qalatasaray”ın heyətində Diane dubl edib, Naqatomo isə bir dəfə fərqlənib. Qonaqların yeganə qolunu isə Kravets vurub. Beləliklə, bu qələbədən sonra xallarının sayını 59-a yüksəldən “Cim-bom” lider “Başakşəhər”lə xal fərqini ikiyə endirib. “Başakşəhər” rəqibinə nisbətən bir oyun az keçirib. Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb: “Trabzonspor” – “Yeni Malatyaspor” – 2:1 “Göztəpə” – “Ərzurum BB” – 0:1 “Akhisarspor” – “Antalyaspor” – 1:2 Geri qayıt |