FIDE prezidenti Şəmkirdə ulduz şahmatçılarla futbol oynayıb
Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin istirahət günündə ənənəvi futbol yarışı keçirilib.
BrendSport.az xəbər verir ki, turnirdə dörd komanda - Arkadi Dvorkoviçin kapitanı olduğu FIDE, Faiq Həsənovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası, eyni zamanda, “Şahmatçılar” və "Təşkilatçılar" komandaları iştirak edib.
Dairəvi sistem üzrə keçirilən yarışın qalibi "Təşkilatçılar" komandası olub. İkinci yeri Maqnus Karlsenin çıxış etdiyi "Şahmatçılar" komandası tutub.
Facebook-da paylaş