Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Formula 1 Uill Smitlə yeni şou hazırlayır

Formula 1 Uill Smitlə yeni şou hazırlayır
Formula 1 Amerikanın “Westbrook Studios” və İsveçrənin “Apollo World Touring” şirkətləri ilə birlikdə yeni əyləncə layihəsinin hazırlandığını bildirib. Yeni şou 2020-ci ildə start götürəcək və çempionatın müxtəlif mərhələlərində lentə alınmış televiziya proqramları silsiləsindən ibarət olacaq.

BrendSport.az F1News.ru saytına istinadla xəbər verir ki, bu proqramlarda dünyanın məşhur ulduzları, şou-biznes adamları mütəmadi olaraq iştirak edəcəklər. Proqramlara yürüş uik-endləri günlərində çəkilmiş xronika ilə yanaşı, əvvəlcədən hazırlanmış quraşdırılmış fraqmentlər də əlavə olunacaq. Müxtəlif rəqəmsal formatlarda izlənilməsi mümkün olacaq yeni şounun azarkeşlərin əlavə marağına səbəb olacağı, həmçinin Formula 1-in kommersiya tərəfdaşları ilə qarşılıqlı fəaliyyətini genişləndirəcəyi ehtimal olunur.
Artıq layihənin pilot epizodu göstərilib. O, Uill Smitin “Will Smith's Bucket List” şousuna daxil edilib. Bu proqramda məşhur Hollivud aktyorunun öz oğlu Trey ilə birlikdə ötənilki Əbu-Dabi Qran-Prisinə tamaşa etməsindən və orada Lyuis Hemiltonla görüşündən bəhs edilir.
Formula 1-in kommersiya direktoru Şon Bratçes bildirib ki, yarışların əyləncəli hissəsinin komponenti inkişaf etdirilir və Uill Smitin “Westbrook Studios” və İsveçrənin “Apollo World Touring” şirkətləri ilə tərəfdaşlıq geniş auditoriyanı məmnun edəcək daha çox ulduzların Formula 1-ə cəlb olunmasına şərait yaradacaq.
“Westbrook Studios” şirkətinin yaradıcısı Uill Smit deyib: “Həmişə Formula 1-in böyük pərəstişkarı olmuşam və ötən il Əbu-Dabi Qran-Prisində mənim şoum üçün Lyuis Hemiltonla epizod çəkəndən sonra bu idman növünü daha çox sevdim. Formula 1-in öz azarkeşləri üçün əyləncəli proqram hazırlaması səyləri bizim şirkətin missiyası ilə üst-üstə düşür. Mən tezliklə bizim şən səyahətimizə qoşulacaq azarkeşlərdən ötrü çox şadam”.


Facebook-da paylaş

Xəbəri paylaş