Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



La Liqa: lider “Barselona” səfər matçında qələbə qazanıb



İspaniya La Liqasında 21-cü turun növbəti oyunları keçirilir.

BrendSport.az xəbər verir ki, çempionatın lideri “Barselona” səfər matçında “Girona” klubuna 2:0 hesabı ilə qalib gəlib. Topları rəqib qapısından Nelson Semedo və Lionel Messi keçirib. Bombardirlər siyahısına başçılıq edən Messinin hesabında hazırda 19 qol var.

Bu qələbə sayəsində “Barselona” xallarının sayını 49-a çatıb. Katalonların ən yaxın izləyicisi “Atletiko Madrid” klubu liderdən beş xal geri qalır.

Bu axşam turun daha üç qarşılaşması oynanılacaq. Turnir cədvəlinin ilk beşliyində yer alan “Real Madrid” səfər matçında “Espanyol” klubu ilə qarşılaşacaq. Madrid klubu 20 oyundan 36 xal toplayıb.


Facebook-da paylaş

Xəbəri paylaş