Ramosun karyerasında ilk
Başa çatmaqda olan 2018-ci il İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramos üçün bir ilklə yadda qalıb.
BrendSport.az xəbər verir ki, ispaniyalı müdafiəçi karyerasında ilk dəfə il ərzində qırmızı vərəqə almayıb. O, 2018-ci ili 15 sarı vərəqə ilə başa vurub.
Ramos indiyə qədər hər ildə ən azı 1 dəfə meydandan qovulurdu. Bu üzdən də 2018-ci il onun üçün tarixi ilklə yaddaqalan olub.
Peşəkar karyerasına 2002-ci ildə “Sevilya”da başlayan 32 yaşlı futbolçu 2005-ci ildən “Real”da çıxış edir.
Facebook-da paylaş