“Baku Open” şahmat turnirində yeddi turdan sonra dörd nəfər ilk dördlükdə qərarlaşıb
“Baku Open” beynəlxalq şahmat turnirinin 7-ci turundan sonra dörd nəfər liderlik edir.
BrendSport.az xəbər verir ki, yeddi turdan sonra 7 mümkün xaldan 6 xal toplayan Azərbaycan şahmatçıları Qədir Hüseynov, Eltac Səfərli, eləcə də Ukrayna təmsilçisi Eldar Həsənov və Rusiya idmançısı Jamsaran Tsıdıpov ilk dördlükdə qərarlaşıblar.
Noyabrın 24-də start götürən və İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 şahmatçı mübarizə aparır. İştirakçılardan 16-sı qrossmeysterdir.
Turnirə dekabrın 2-də yekun vurulacaq.
Facebook-da paylaş