Pakistan Alpaqut Federasiyasının rəhbəri:Azərbaycanda keçirilən dünya çempionatında iştirakdan qürur duyuruq
Alpaqut Turan döyüş sənəti yeni yaransa da, dünyada ona maraq getdikcə artır. İdmanın bu növü üzrə ilk dünya çempionatında 18 ölkədən 500-dək idmançının iştirakı bunun göstəricisidir. Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkənizdə təşkil olunan belə nüfuzlu yarışda iştirak etməkdən qürur duyuruq.
Bu sözləri alpaqut Turan döyüş sənəti üzrə Bakıda keçirilən birinci dünya çempionatında iştirak edən Pakistan yığmasının rəhbəri, bu ölkənin Alpaqut Federasiyasının prezidenti Cəlaləddin Tarin müsahibəsində deyib.
Azərbaycanda idmanın bu növünün sürətlə inkişaf etdiyini deyən C.Tarin bildirib: “İlk dünya çempionatı təkcə Azərbaycanda deyil, digər ölkələrdə də alpaqutun inkişafında yeni mərhələnin başlanğıcı olacaq”.
Facebook-da paylaş