Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Arda İspaniyanın da gündəmi oldu



Türkiyə millisinin və "Başakşəhər"in futbolçusu Arda Turanın müğənni Berkayın burnunu qırması İspaniyada da gündəm olub.

İdman yazarı Toni Frieros türk futbolçu haqda kəskin fikirlər qələmə alıb.

"Arda Turan "Barselona"nın son zamanlar etdiyi ən uğursuz transfer olub. Təəssüf ki, "Barselona" barmaqlarını Ardaya qaptırdı. O, "Barselona"nı varlı İstanbul küçəsi kimi gördü. Sıfır empati, sıfır uyum və sıfır performans. Amma bu "Barselona"nın günahı deyil. "Barselona" onunla nə edəcəyini bilməz hala gəldi. Türk klubları belə onu istəmədi.

Arda karyerasını Türkiyədə torpağa basdırdı. Millidən də göndərildi. Çünki bir jurnalistə hücum edib söydü. Veteran görüntüsü var. Keçən il hakimə də hücum etdi. Bir necə gün əvvəl müğənni Berkaya da hücum edib. Arda pis xarakterlı milyonçu kimidir. Əgər "Barselona" da ona 1 milyon avro ödəyirsə, bundan vaz keçsin. Arda bacarıqlarını öz əlləri ilə kanalizasiyaya atdı", deyə Ardanı tənqid edib.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçinin gecə klublarının birində mübahisə etdiyi müğənni Berkay Şahinin vəkili prokurorluqdan onun həbs olunmasını istəyib.


Facebook-da paylaş

Xəbəri paylaş