Arda müğənninin arvadına əxlaqsız təklif edib - ŞOK İDDİA
Xəbər verdiyimiz kimi, Arda Turan müğənni Berkay ilə dava edib və nəticədə sənətçinin burnu sınıb.
Məsələyə müğənninin həyat yoldaşı aydınlıq gətirib.
Özlem Ada Şahin hadisə barədə "Arda bir anda qoluma toxundu və əyilib qulağıma dedi ki, evli olmasan səninlə münasibətə başlayardım, çox gözəl qızsan. Bunu Berkay gördü. Ardaya dedi ki, həyat yoldaşımı göndərirəm, indi səninlə danışarıq. Sonra Berkaya yumruq vurdu və burnu sındı. İndi xəstəxanadadır, sabah əməliyyat olunacaq. Mən Ardanın xanımını tanıyıram. Salamlaşırıq, görüşürük. Həm də hazırda hamilədir”.
İddialara görə, Berkay xəstəxanaya yerləşdirildikdən sonra Arda bir silah götürərək onun yanına gedib. Silahı müğənniyə vermək istəyən futbolçu ondan üzr istəyib:
"Mən onun sənin həyat yoldaşın olduğunu bilmirdim. Öldür məni, çox peşmanam. Çox böyük səhv etmişəm. Üzr istəyirəm".
Qeyd edək ki, Arda bundan əvvəl də futbolçu Caner Erkinə və jurnalist Bilal Meşeyə hücum edib.
Facebook-da paylaş