Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Ronaldonun hər mövsüm “qızıl top”u qazanması vacibdir"



“Napoli”nin baş məşqçisi Karlo Ançelotti “Yuventus”un hücumçusu Kriştiano Ronaldo haqqında açıqlama verib.

İtaliya mətbuatı xəbər verir ki, 59 yaşlı mütəxəssis vaxtilə “Real”da birlikdə işlədiyi Ronaldonu xeyli tərifləyib:

“Ronaldoya dəfələrlə təşəkkür etməyim lazımdır, çünki o, “Real”la birlikdə Çempionlar Liqasını qazanmağımızda böyük rol oynadı. Hazırda İtaliyada olduğu üçün xoşbəxtəm. Daha çox axşam yeməyi yediyimiz üçün deyil, İtaliya futboluna qatacağı dəyərlər üçün xoşbəxtəm”.

İtaliyalı mütəxəssis qeyd edib ki, Ronaldonun hər mövsüm “qızıl top”u qazanması vacibdir.

“Ronaldo hər mövsüm “qızıl top”u qazanmalıdır. Lakin eyni dərəcədə sevgi bəslədiyim Luka Modriç bu il ən yaxşı seçildiyi üçün xoşbəxtəm”.


Facebook-da paylaş

Xəbəri paylaş