Ançelotti "Yuventus"la danışıqlar aparır
"Bavariya"dan ayrılandan sonra işsiz olan Karlo Ançelotti karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
"Sky Sport" xəbər verir ki, 59 yaşlı mütəxəssis "Yuventus"la danışıqlar aparır.
Artıq klub rəhbərliyi ilə baş məşqçi arasında görüş baş tutub. Ançelottinin mövsümün sonunda Massimiliano Alleqrini əvəzləyəcəyi deyilir.
Qeyd edək ki, Ançelotti 1999-2001-ci illərdə "Yuventus"a başçılıq edib. O, həmçinin İtaliyada "Reccina", "Parma", "Milan", İngiltərədə "Çelsi", Fransada PSJ, İspaniyada "Real" və Almaniyada "Bavariya" klublarını çalışdırıb. Mütəxəssis bir müddət əvvəl İtaliya milli komandasına rəhbərlik etməkdən imtina edib.
Facebook-da paylaş