“Artıq İtaliya futboluna uyğunlaşıram”
“Çox xoşbəxtəm. Rəqib yaxşı müdafiə olunsa da, üstün oyun sərgilədik. İlk qolu vurmağı çox istəyirdim”.
Bu sözləri “Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya mətbuatına açıqlamasında deyib.
Portuqaliyalı hücumçu ötən gün A Seriyasının 4-cü turunda “Sassulo” ilə oyunda dubl edərək Turin klubunda qol hesabıçı açıb. Bu barədə danışan 33 yaşlı futbolçu əvvəlki 3 qarşılaşmada qol vura bilmədiyi üçün narahat olduğunu bildirib: “Təbii ki, əsas olan komandanın 3 xal qazanmasıdı. Hamı qol vura bilməməyimdən danışırdı. Bu da bir az məni narahat edirdi. Çox çalışırdım və qol vuracağımı bilirdim. Artıq İtaliya futboluna uyğunlaşıram”.
Qeyd edək ki, "Yuventus" Ronaldonun qolları sayəsində 2:1 hesablı qələbə qazanıb.
Facebook-da paylaş