Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Baş məşqçilərin Azərbaycan-Kosovo oyunu barədə fikirləri

Baş məşqçilərin Azərbaycan-Kosovo oyunu barədə fikirləri

Qurban Qurbanov: "Bu cür düşünmək Azərbaycan futboluna zərbə olar"

"Mənim gəlişimdən sonra ilk rəsmi oyuna hazırlaşırıq. Hər birimiz üçün ilk oyun çox vacibdir. Neçə gündür birgəyik. Rəqibin oyunlarına baxır, futbolçuları Kosovonun çıxışları ilə tanış edirik. Ümumilikdə, pis hazırlaşmamışıq. Futbolçularım çox istəklidirlər. Baxmayaraq ki, ağır oyun olacaq. Yaxşı rəqibə qarşı mübarizə aparacağıq. Düşünürəm ki, futbolçularımızın hamısı sabah ən yaxşı oyunlarını sərgiləyəcək və meydanda sonadək mübarizə aparacaqlar. Rəqibin son üç oyununu izləmişik, çıxışları ilə lap yaxından tanış olmuşuq. Görüşlərin sayı az olsa da, hər bir futbolçunu yaxından tanımışıq. İnanıram ki, sabah azarkeşlərimizə ən azı maraqlı oyun nümayiş etdirə biləcəyik. Meydanda yaxşı mübarizənin və düşünülmüş oyunun getməsinə çalışacağıq".

BrendSport.az saytı xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo yığması ilə UEFA Avropa Liqasının ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Kosovonu necə məğlub edək sualını düşünəndə, ilk əngəl nəyi görürsünüz?

- Hər zaman öz oyunumuzu düşünürük. Əsas məsələ 90 dəqiqə istədiyimizi edib-etməməyimizdir. Ən başlıcası bizim aparıcı oyunçularımızın son vaxtlar az oynamalarıdır. Araz Abdullayevi, Ramil Şeydayevi qeyd edərdim. Futbolçuların oyun təcrübəsinin azlığı məni narahat edir. Amma oyunçulara inanıram, çox istəkli olduqlarını görürəm. Hər bir halda çalığşacağıq ki, komanda əngəlləri hiss etməsin.

- Kosovo yığmasının əksər futbolçuları Avropa klublarında çıxış edir. Bu bizə nə dərəcədə təsir edəcək?

- Rəqibin futbolçularını analiz edirik və görürük ki, stabil çıxış edirlər. Xüsusən də hücum xətti məhsuldarlığı ilə seçilir. Onların fərdi bacarıqları bizi narahat edir. Amma bizim üçün kollektiv oyun daha önəmlidir. Bunun sayəsində bunun qarşısını ala bilərik.

- Ramil Şeydayev və Riçard Almeydanın forması necədir?

- Normaldır. Şeydayevin oyun praktikası yoxdur. Amma Almeyda son matçlarda çıxış edib. Ümumən götürsək, vəziyyətləri yaxşıdır.

- Rəqib baş məşqçi Azərbaycanı qrupun favoriti sayır. Bu açıqlamalar arxayınlıq yaratmaz ki?

- İnanmıram. Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Rəqibə hörmətlə yanaşırıq.

- Sabah məcburi rotasiya olacaq?

- Bəli, olacaq.

- Amil Yunanov Şeydayevlə müqayisədə daha hazır formada deyil?

- Amil də son matçlarda az oynayıb. Hamı nəzarətimizdədir. Şeydayev yoxlama matçlarında meydana çıxıb. Hər bir futbolçunun yığmaya düşmək şansı var.

- "Qarabağ"ın futbolçuları istisna olmaqla digərləri yaxşı formada deyil. Bu, təsadüfdür?

- Millidə oyun təcrübəsi çatışmayan futbolçular həmişə olub. Bəziləri son vaxtlar az oynasa da, təcübələri var. Onlara güvənərək motivasiya etməyə çalışıram.

- Rəqib ortada dəhliz açmağa meyillidir. Buna qarşı tədbir olacaq?

- Çox aqressiv komandadır. Yaxşı əks hücumları var. Bizim də hücumlarımız olacaq və bundan istifadə etməyə çalışacağıq.

- Qrupda əsas rəqib Kosovonu saymaq olar?

- Hamımız belə düşünürük. Bizim kimi rəqiblər də ələ düşən bu fürsətdən yararlanmaq istəyir. Bu yarışa son şans kimi baxmaq bizim ziyanımıza ola bilər. Heyət baxımından Kosovo yığmasını daha çox dəyərləndirirlər. Bu baxımdan, Kosovonı favorit adlandırmaq olar. Amma Millətlər Liqası ilə heç nə bitmir. Bu cür düşünmək Azərbaycan futboluna zərbə olar. Kosovo ciddi rəqibdir. Digər rəqibləri də qiymətləndirmək lazımdır.

- Rəşad Sadıqov baş məşqçi kimi oyuna çıxacaq. U-21 yığmamız İsrailə qalib gələ bilərmi?

- Uğurlar arzulayıram. Özümüz də oyuna baxacağıq. Qalib gəlmək həmişə mümkündür. Çox ciddi rəqibə qarşı oynayırlar. Bu gün futbolçuları motivasiya etməyə çalışırıq. Bunlar tam formalaşandan sonra nəticələr də müsbət olacaq. Ən azından yaxşı oyun nümayiş etdirəcəklər.





Kosovo yığmasının baş məşqçisi: "Qalib gələcəyimizi söyləyə bilmərəm"

"Bizim üçün yeni məcranın başlanğıcıdır. Millətlər Liqası çox gözəl turnirdir. AVRO-2020-yə vəsiqə qazanmaq bizim də arzumuzdur".

Bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

67 yaşlı isveçrəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Rəqibin güclü və zəif cəhətləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan millsi haqqında məlumatım var. Məşqçiyəm, araşdırmışam. Bu mənim işimdir. Azərbaycan ötən seçmə mərhələdə 10 xal toplayıb. FIFA retinqindən də üst pillədədir. Azərbaycanı qrupun favoriti sayıram. Bizim çox güclü qrupumuz var. Malta və Farer adaları da yaxşı komandalardır. D liqasının ən güclü qrupu bizimkidir.

- Azərbaycan millisini favorit sayırsınız. Bəs Kosovo yığması buraya nəyə gəlib?

- Belə deməkdə məqsədim Kosovonun cavan komanda olmasını vurğulamaqdır. Biz cəmi bir seçmə mərhələ görmüşük. Belə cavan komanda ilə bura gəlib qalib gələcəyimizi söyləyə bilmərəm. Hazırda Portuqaliya Farer adalarına qarşı oynasa, çətinlik çəkər. Bu gün futbolda hər şey başqa cürdür.

- Kosovo millisinin futbolçuları Avropanın klublarında çıxış edir. Bu sizin üçün üstünlükdür?

- Bayaq da dedim, Kosovo yeni yığmadır. Bəli, bizim futbolçular başqa ölkələrdə çıxış edirlər. Bu bizim üçün üstünlükdür. Azərbaycanlı futbolçuların xarici klublara getməməsinin səbəbini bilmirəm. Bəlkə, burda onlara daha çox pul verirlər. Azərbaycana qarşı oynamaq bütün komandalar üçün çətin olacaq. Amma AVRO-2020-yə düşmək bizim üçün həm arzu, həm də məqsəddir.

- Valon Berişanın yoxluğu oyununuza mənfi təsir edəcək?

- Təbii ki, Berişa ən məşhur və yaxşı oyunçularımızdan biridir. Təəssüf ki, zədə səbəbindən oynaya bilməyəcək. Oktyabrda sıraya dönməlidir. Məşqçi kimi ona layiqli əvəzləyici tapmalıyam.

- Hücumda sürətli oyunçuları oynadacaqsınız, yoxsa boyu uca forvardlara şans verəcəksiniz?

- Yaxşı sual deyil (gülür). Komandam haqqında indidən məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, hücumçuların sayı 2 olacaq.

- Besar Haliminin yoxluğunda komandadan yaradıcılıq gözləyirsiniz?

- Bəli, Halimi yardıcılıq baxımından önəmli oyunçudur. Amma onun yerinə cavan futbolçularımız var. Problem olmamalıdır. (Report.az)


Facebook-da paylaş

Xəbəri paylaş