Şəhriyar amerikalı şahmatçıynan qarşılaşır
Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri davam edir. Bu gün V turun görüşləri keçiriləcək.
Tur çərçivəsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə qarşılaşacaq.
“Altibox Norway Chess” superturniri
V tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Hikaru Nakamura (ABŞ)
Maqnus Karlsen (Norveç) – Vişvanatan Anand (Hindistan)
Uesli So (ABŞ) – Dinq Liren (Çin)
Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya)
Maksim Vaşye-Laqrav (Fransa) – Levon Aronyan (Ermənistan)
Turnir cədvəli: Karlsen – 3 xal; Karyakin - 2,5; Nakamura, Anand, So, Aronyan - 2; Məmmədyarov, Liren, Vaşye-Laqrav - 1,5; Karuana – 1.
Facebook-da paylaş