NBA: “San-Antonio Spörs” darmadağınla seriyada önə keçib

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, “San-Antonio Spörs” doğma meydanda “Minnesota” üzərində inamlı qələbə qazanıb.
Texas təmsilçisi rəqibini 126:97 hesabı ilə darmadağın edib. Qalib komandanın heyətində Viktor Vembanyama 27 xal və 17 ribaundla dubl-dabl edib. Keldon Conson 21, Di’Aaron Foks 18, Stefan Kastl 17, Devin Vassell və Dilan Harper hərəyə 12 xal toplayıblar.
Qonaqlarda isə ən məhsuldar oyunçu 20 xalla Entoni Edvards olub. Ceyden Makdeniels və Culius Rendl hərəyə 17, Ayo Dosunmu 16, Naz Rid isə 12 xalla yadda qalıb.
Qeyd edək ki, “San-Antonio Spörs” bu nəticə ilə seriyada önə keçib - 3:2. Komandalar arasında altıncı oyun mayın 16-da keçiriləcək.
Facebook-da paylaş





















