Mauro İkardi "Qalatasaray"a xəbərdarlıq edib

Türkiyənin "Qalatasaray" komandasının futbolçusu Mauro İkardi borca görə İstanbul klubunun rəhbərliyinə xəbərdarlıq edib.
BrendSport.az xəbər verir ki, argentinalı hücumçu imic hüquqlarına görə ona ödənilməli olan 4 milyon avronu hələ də ala bilmədiyi üçün bu addımı atıb.
Ulduz futbolçunun kluba xəbərdarlıq məktubu göndərməsi rəhbərliyin təəccübünə və narazılığına səbəb olub. Forvard daha əvvəl də maaş gecikməsinə görə analoji yola əl atmışdı.
Qeyd edək ki, Mauro İkardi imic hüquqi ilə bağlı müqaviləni "Qalatasaray"ın sabiq vitse-prezidenti Erden Timur və klub konqresinin keçmiş üzvü Murat Özkaya ilə imzalayıb. Həmin şəxslər həbs edildikləri üçün futbolçu ona vəd olunan vəsaiti ala bilməyib.
Facebook-da paylaş






















