Mauro İkardi İstanbul derbisində “Qalatasaray”a qələbə qazandırıb
“Qalatasaray” Türkiyə Superliqasının IX turunda İstanbul derbisində “Beşiktaş”a qalib gəlib.
BrendSport.az xəbər verir ki , “cim-bom” doğma meydanında keçirdiyi qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.
“Sarı-qırmızılılar”a 3 xalı gətirən qollara Mauro İkardi imza atıb. Argentinalı hücumçu əvvəlcə 26-cı dəqiqədə hesabı açıb. Cəmi 4 dəqiqə sonra qonaqlar meydançada azlıqda qalıblar. Qapıçı Mərt Günok rəqib hücumunun qarşısını kobudlula kəsdiyi üçün qırmızı vərəqə alıb.
“Beşiktaş” azlıqda qalmasına baxmayaraq, 69-cu dəqiqədə Aleks-Oksleyd Çamberlayn “status-kvo”nu bərpa edib. Lakin “ağ-qaralar” bu nəticəni sona qədər qoruya bilməyiblər. İkardi 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək, “Qalatasaray”a 3 xal qazandırıb.
Bu nəticə ilə Okan Burukun yetirmələri 25 xalla liderliyə yüksəlib. 4-cü pilləd
Facebook-da paylaş