Türkiyə Superliqası: “Beşiktaş” son dəqiqədə vurduğu qol sayəsində qələbə qazanıb
Futbol üzrə Türkiyə Superliqasının XXIX turunun son oyununda “Sivasspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib.
BrendSport.az xəbər verir ki, “Yeni Sivas 4 Eylül” stadionunda keçirilən görüşün 31-ci dəqiqəsində İstanbul təmsilçisinin müdafiəçisi Damaqoy Vida hesabı açıb. Lakin meydan sahibləri 45-ci dəqiqədə Fousseni Diabatenin vurduğu qolla hesabı bərabərləşdiriblər. İstanbul futbolçuları isə 87-ci dəqiqədə Burak Yılmazın qolu sayəsində hesabda önə keçiblər. Bu, oyunda vurulan son qol olub. Beləliklə, “Beşiktaş” səfərdə “Sivasspor”a 2:1 hesabı ilə qalib gəlib. Hazırda “Beşiktaş” turnir cədvəlində 56 xalla üçüncü pillədə qərarlaşıb. Cədvəldə “Başakşəhər” 62 xalla birinci, “Qalatasaray” isə 59 xalla ikincidir.
Facebook-da paylaş