Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyə Superliqası: “Beşiktaş” xal itirib, “Fənərbağça” isə qalib gəlib



Martın 2-də futbol üzrə Türkiyə Superliqasının XXIV turunun oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, “Beşiktaş” səfərdə “Kayserispor”la qarşılaşıb. “Kadir Has” stadionunda baş tutan oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 38-ci dəqiqəsində “Beşiktaş”ın hücumçusu Atiba Hutçinson hesabı açıb. Meydan sahibləri isə 58-ci dəqiqədə Artem Kravetsin vurduğu qolla hesabı bərabərləşdiriblər. 62-ci dəqiqədə Kayseri təmsilçisi Deniz Turucun vurduğu qolla hesabda irəli keçib. Lakin İstanbul təmsilçisi 90-cı dəqiqədə hesabı bərabərləşdirməyə nail olub. Caner Erkin “Beşiktaş”ın bir xal qazanmasını təmin edib.

Turun digər oyununda isə "Fənərbağça" "Rizespor"u 3:2 hesabı ilə məğlub edib. "Bursaspor" doğma meydanda "Sivasspor"dan üstün olub. Görüş Bursa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.


Facebook-da paylaş

Xəbəri paylaş