Futbol üzrə Türkiyə çempionatı: “Trabzonspor” komandası “Beşiktaş”ı məğlub edib
Mayın 18-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turunda turnir cədvəlinin dördüncü pilləsində yer alan “Trabzonspor” komandası üçüncü sıradakı “Beşiktaş”la qarşılaşıb.
BrendSport.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşmasında “Trabzonspor” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Oyunda hesabı 53-cü dəqiqədə Filip Novakın baş zərbəsi ilə vurduğu qolla meydan sahibləri açıblar. 74-cü dəqiqədə isə beşiktaşlı Şhinji Kaqava topu rəqib qapısından keçirib - 1:1. Hücumlarını çoxaldan “Trabzonspor” bundan üç dəqiqə sonra hesab arasındakı fərqi artırıb. Yusuf Yazıcı komandasının qələbə topunu vurub – 2:1.
Beləliklə, bu oyundan sonra xallarının sayını 60-a çatdıran baş məşqçi Ünal Karamanın yetirmələri Türkiyə çempionatında dördüncü sıradakı mövqelərini möhkəmləndiriblər.
İki komanda əvvəllər 128 dəfə qarşılaşıb. Bunlardan 53-də “Beşiktaş”, 43-də “Trabzonspor” qalib ayrılan tərəf olub. 31 matç heç-heçə başa çatıb.
Turun digər oyununda “Antalyaspor” komandası “Yeni Malatyaspor”a 3:0 hesabı ilə qalib gəlib.
Hazırda turnir cədvəlində “Qalatasaray” və “Başakşəhər” 66 xalla birinci-ikinci yerləri bölüşürlər. 33-cü tur çərçivəsində mayın 19-da İstanbul derbisində “Qalatasaray” “Başakşəhər”i qəbul edəcək.
Facebook-da paylaş