Altıqat Fransa çempionu üçüncü diviziona düşürülüb
Fransanın köklü klublarından “Bordu” üçüncü diviziona düşürülüb.
BrendSport.az xəbər verir ki, buna komandanın borclarının olması səbəb olub.
"Jirondinlər" ötən mövsüm Liqa 1-də 12-ci yeri tutsa da, maliyyə qaydalarına əməl edilmədiyi üçün bu addım atılıb.
Qeyd edək ki, “Bordo” tarixində Fransa çempionatının (6 dəfə), ölkə kubokunun (4 dəfə), Liqa Kubokunun (3 dəfə) və Superkubokun (2 dəfə) qalibi olub.
Facebook-da paylaş