“Lill” klubu PSJ-ni məğlub edərək Fransa Super Kubokunun qalibi olub
Avqustun 2-də futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, görüşdə son çempion “Lill” və bürünc mükafatçı Paris Sen-Jermen” (PSJ) klubları qarşılaşıb.
Gərgin keçən görüşün taleyini bir qol həll edib. Matçın 45-ci dəqiqəsində "Lill" klubunun yarımmüdafiəçisi Şeka fərqlənərək komandasına yeni mövsümdə ilk kuboku qazandırıb. Beləliklə, “Lill” klubu ilk dəfə Super Kubokun qalibi olub.
Qeyd edək ki, ötən mövsümdə 83 xal toplayan "Lill" klubu tarixində dördüncü dəfə Fransa çempionu adını qazanıb.
Facebook-da paylaş