Fransada çempion müəyyənləşir
Bu gecə Fransa Liqasında 2020-2021 mövsümünə yekun vurulacaq.
BrendSport.az xəbər verir ki, çempion komanda da məhz son turdan sonra bəlli olacaq.
Hazırda 1-ci pillədə olan "Lill"in 80, ən yaxın izləyicisi PSJ-nin isə 79 xalı var. Hər iki komanda səfər matçına çıxacaq. Bakı vaxtı ilə 23:00-da başlayacaq oyunlarda "Lill" "Angers"in, PSJ "Brest"in qonağı olacaq.
Türkiyə millisinin 3 üzvü - Burak Yılmaz, Yusuf Yazıçı və Zeki Çelikin çıxış etdiyi "Lill" qələbə qazansa, 4-cü çempionluğunu qeyd edəcək. Heç-heçə də komandanı 1-ci edə bilər. Bunun üçün PSJ xal itirməlidir.
3-cü pillədə olan "Monako"nun 77 xalı olduğundan bürünc mükafatçının da adı bu gecə keçiriləcək oyunlardan sonra müəyyənləşəcək. "Monako" səfərdə "Lans"ın qonağı olacaq.
76 xalla 4-cü pillədə qərarlaşan "Lion" da bürünc medal uğrunda mübarizə aparır.
Facebook-da paylaş