Serbiya və İngiltərə yığmaları böyük turnirlərdə ilk dəfə qarşılaşacaqlar
Almaniyada keçiriləcək Avropa çempionatının C qrupunda üz-üzə gələcək Serbiya və İngiltərə yığmaları ilk dəfə böyük turnirlərdə (Avropa və dünya çempionatı) qarşılaşacaqlar.
BrendSport.az xəbər verir ki, Serbiya yığması tarixində ilk dəfə "köhtə qitə"nin yarışına qatılır.
Yuqoslaviya dönəmində britaniyalılar rəqibinə son altı qarşılaşmada uduzmayıb. Yalnız AVRO-1968-in yarımfinalında məğlub olub.
C qrupunun digər matçında Danimarka Sloveniya ilə görüşəcək. Tərəflər ilk dəfə böyük yarışlarda bir-birinə rəqib olublar.
D qrupunun yeganə oyununda Polşa və Niderland seçmələri münasibətlərə aydınlıq gətirəcək. Bu komandalar da Avropa və dünya çempionatları tarixində ilk dəfə görüşəcəklər.
Qeyd edək ki, Polşa - Niderland matçı Bakı vaxtı ilə saat 17:00-da, Sloveniya - Danimarka qarşılaşması saat 20:00-da, Serbiya - İngiltərə dueli isə saat 23:00-da start götürəcək.
Facebook-da paylaş