İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb
“İnter”in futbolçusu Françesko Açerbi İtaliya millisinin heyətindən çıxarılıb.
BrendSport.az xəbər verir ki, buna 36 yaşlı müdafiəçinin A Seriyasının 29-cu turunda “Napoli” ilə qarşılaşmada rəqib oyunçu Xuan Xesusa qarşı etdiyi irqçi davranışları səbəb olub.
F.Açerbinin əvəzinə yığmağa “Roma”nın üzvü Cianluca Mançini dəvət alıb.
Qeyd edək ki, İtaliya millisi martın 22-də Venesuela ilə, martın 24-də isə Ekvadorla yoldaşlıq oyunları keçirəcək.
Facebook-da paylaş