Əsas Səhifə > Dünya idmanı > İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb


19-03-2024, 12:06


“İnter”in futbolçusu Françesko Açerbi İtaliya millisinin heyətindən çıxarılıb.

BrendSport.az
xəbər verir ki, buna 36 yaşlı müdafiəçinin A Seriyasının 29-cu turunda “Napoli” ilə qarşılaşmada rəqib oyunçu Xuan Xesusa qarşı etdiyi irqçi davranışları səbəb olub.

F.Açerbinin əvəzinə yığmağa “Roma”nın üzvü Cianluca Mançini dəvət alıb.

Qeyd edək ki, İtaliya millisi martın 22-də Venesuela ilə, martın 24-də isə Ekvadorla yoldaşlıq oyunları keçirəcək.
Geri qayıt