Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Verstappenin atası “Red Bull” komandasının rəhbərini istefaya çağırıb



Üçqat “Formula 1” çempionu, niderlandlı Maks Ferstappenin atası Yos Verstappen “Red Bull” komandasının rəhbəri Kristian Horneri cinsi qısnama qalmaqalı səbəbindən istefaya verməyə çağırıb.

BrendSport.az
xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

“O, postunda qaldığı müddətdə komandada gərginlik var. Komanda dağılmaq təhlükəsi ilə üz-üzədir və bu davam edə bilməz. O, qurban rolunu oynayır, baxmayaraq ki, problemlərin səbəbkarı özüdür”, - deyə Yos Verstappen bildirib.

Fevralın 16-da məlum olub ki, Red Bull əməkdaşlarından biri Horneri cinsi qısnamada ittiham edib. Buna cavab olaraq Horner bu məlumatı dərc edən nəşri məhkəməyə verib, onlardan da təkzib yazmağı tələb edib.

Fevralın 28-də “Red Bull” “Formula 1” komandasının rəhbəri Kristian Hornerlə bağlı rəsmi qərar qəbul edib. Şirkət tərəfindən aparılan daxili araşdırmadan sonra ona bəraət verilib, bütün ittihamlar ləğv edilib və o, yarış komandasının rəhbəri vəzifəsini qoruyub saxlayıb.


Facebook-da paylaş

Xəbəri paylaş