Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Qran-prisinin qalibi ilə bağlı qərar verilib



Bu mövsüm “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisini qazanan “Red Bull” komandasının pilotu Serxio Peresin gələcəyi ilə bağlı qərar verilib.

BrendSport.az
xəbər verir ki, meksikalı sürücünün komandadan ayrılacağı barədə xəbərlər yayılsa da, “Red Bull”un direktoru Kristian Hörner məlumatı təkzib edib.

O, Peresin hələ birillik müqaviləsinin qüvvədə olduğunu və 33 yaşlı idmançının 2024-cü il mövsümündə də komandada yer alacağını açıqlayıb.

Qeyd edək ki, Serxio Peres bu mövsüm Azərbaycan və Səudiyyə Ərəbistanı Qran-prilərinin qalibi olub. O, hazırda pilotların yarışında 201 xalla ikinci pillədə qərarlaşıb. Lider Peresin komanda yoldaşı Maks Ferstappendir (339 xal).


Facebook-da paylaş

Xəbəri paylaş