Solt-Leyk-Siti şəhəri Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə verib
ABŞ-nin Solt-Leyk-Siti şəhəri 2034-cü ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə verib.
BrendSport.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin komissiyası yarışa hazırlığı qiymətləndirmək üçün aprelin 9-dan 13-dək şəhərə səfər edəcək.
Solt-Leyk-Siti hazırda bu turniri təşkil etmək üçün yeganə namizəddir. Yuta ştatının paytaxtı 2002-ci ildə də Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.
Facebook-da paylaş