"Qolden Steyt"in baş məşqçisi NBA tarixində ən çox maaş alan mütəxəssis olacaq
ABŞ-nin "Qolden Steyt" komandasının baş məşqçisi Stiv Kerr Milli Basketbol Assosiasiyası (NBA) tarixində ən çox maaş alan mütəxəssis olacaq.
BrendSport.az xəbər verir ki, klub rəhbərliyi onun müqaviləsinin müddətinin daha iki il uzadılması barədə razılığa gəlib.
58 yaşlı baş məşqçinin bu müddət ərzində qazancı 35 milyon ABŞ dollarına çatacaq. Kerr illik 17,5 milyon dollar qazanacaq.
Qeyd edək ki, Stiv Kerr 2014-cü ildən "Qolden Steyt"də işləyir.
Facebook-da paylaş