Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Barselona” və “Real Madrid” futbolçulara yüksək məvacibin ödənilməsinə görə liderdirlər



İngiltərənin nüfuzlu “The Guardian” qəzeti idman təşkilatlarının öz üzvlərinə ödədikləri əməkhaqqının miqdarının hesablanması ilə məşğul olan “Global Sports Salaries”in son araşdırmalarının nəticələrini təqdim edib.

BrendSport.az “Eurosport.ru”ya istinadla xəbər verir ki, reytinqə əsasən, “Barselona” və “Real Madrid” klubları futbolçulara yüksək əməkhaqqının ödənilməsinə görə hətta ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) klublarını da qabaqlayıblar.

Futbol xərclərinə görə, ilk yeri “Barselona” klubu tutub. Kataloniya təmsilçisi öz oyunçularına (23 futbolçu) bonuslardan əlavə orta hesabla 11,8 milyon avro məvacib ödəyir. Bu, bütün idman növləri üzrə klublar arasında ən yüksək göstəricidir. Eyni zamanda, ötən ildən etibarən klubun göstəriciləri təxminən 30 faiz artıb.

Bu göstərici üzrə ikinci yerdə “Real Madrid” klubu qərarlaşıb - 9,1 milyon avro. Sonrakı yerləri isə NBA təmsilçiləri “Oklahoma” (8,83 milyon avro) və “Qolden steyt” (8,83 milyon avro) tutublar.


Facebook-da paylaş

Xəbəri paylaş