Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tiaqo Silva “Çelsi” tarixinin ən yaşlı meydan oyunçusu olub



Tiaqo Silva İngiltərənin “Çelsi” klubunun tarixinə ən yaşlı meydan oyunçusu kimi düşüb.

BrendSport.az
xəbər verir ki, braziliyalı futbolçu Premyer Liqanın XIII turunda “Nyukasl”la görüşdə meydana çıxmaqla bunu reallaşdırıb.

Komandasının 1:4 hesabı ilə uduzduğu görüşü əvəz edilmədən keçirən müdafiəçi 39 yaş 65 günündə iştirak edib. O, 1947-ci ildə “Çelsi”nin heyətində 39 yaş 57 günündə oynamış Dik Spensi üstələyib.

“Çelsi” tarixinin ən yaşlı futbolçusu isə 2014-cü ildə 41 yaş 7 ay 5 günündə “Kardiff”lə qarşılaşmada çərçivəni qoruyan qapıçı Mark Şvartser olub.

Qeyd edək ki, Tiaqo Silva 2020-ci ildən “Çelsi”nin formasını geyinir.


Facebook-da paylaş

Xəbəri paylaş