Meksika Qran-prisinin qalibi bəlli olub
“Formula-1” üzrə dünya çempionatının on doqquzuncu yarışında - Meksika Qran-prisində “Ferrari”ni təmsil edən monakolu Şarl Lekler qələbə qazanıb.
BrendSport.az xəbər verir ki, on doqquzuncu yarışda pilotlar Rodriqez qardaşları adına avtodromda uzunluğu 4 421 metr olan trekdə mübarizə aparıblar.
Leklerin komanda yoldaşı Karlos Sayns yarışı ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü "Red Bull" komandasının pilotu Maks Ferstappen tamamlayıb.
Facebook-da paylaş