Əsas Səhifə > Dünya idmanı > Meksika Qran-prisinin qalibi bəlli olub

Meksika Qran-prisinin qalibi bəlli olub


29-10-2023, 08:42


“Formula-1” üzrə dünya çempionatının on doqquzuncu yarışında - Meksika Qran-prisində “Ferrari”ni təmsil edən monakolu Şarl Lekler qələbə qazanıb.

BrendSport.az
xəbər verir ki, on doqquzuncu yarışda pilotlar Rodriqez qardaşları adına avtodromda uzunluğu 4 421 metr olan trekdə mübarizə aparıblar.

Leklerin komanda yoldaşı Karlos Sayns yarışı ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü "Red Bull" komandasının pilotu Maks Ferstappen tamamlayıb.
Geri qayıt