Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Boksçu Fyuri keçmiş UFC çempionunu məğlub edib



Britaniyalı boksçu Tayson Fyuri Dünya Boks Şurasının (WBC) xüsusi kəməri uğrunda döyüşdə keçmiş UFC çempionu kamerunlu Frensis Nqannunu məğlub edib.

BrendSport.az
xəbər verir ki, on raundluq döyüş Ər-Riyadda (Səudiyyə Ərəbistanı) baş tutub.

Fyuri hakimlərin qərarı ilə (94-95, 96-93, 95-94) qələbə qazanıb. Üstəlik, üçüncü raundda britaniyalı Nqannunun zərbəsindən nokdauna düşüb.

Qeyd edək ki, 35 yaşlı Fyurinin 34 qələbəsi (24-ü nokautla) və heç bir məğlubiyyəti yoxdur. 37 yaşlı Nqannounun qarışıq döyüş növləri (MMA) üzrə 17 qələbəsi, üç məğlubiyyəti var.


Facebook-da paylaş

Xəbəri paylaş