Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Aleksandr Usik növbəti qələbəsini qazanaraq titullarını qoruyub



Ukraynalı məşhur peşəkar boksçu Aleksandr Usik britaniyalı Daniel Dubois üzərində qələbə qazanıb və ikinci dəfə Dünya Boks Assosiasiyası (WBA Super), Ümumdünya Boks Təşkilatı (WBO), Beynəlxalq Boks Federasiyası (İBF) və Beynəlxalq Boks Təşkilatının (İBO) ağır çəki dərəcələrində titullarını qoruyub.

BrendSport.az
xəbər verir ki, Polşanın Vrotslav şəhərində keçirilən döyüş 36 yaşlı Ukrayna təmsilçisinin 9-cu raundda texniki nokautla qələbəsi ilə yekunlaşıb.

Beşinci raundda Dubois qurşaqdan aşağı zərbəyə görə hakimdən xəbərdarlıq alıb, döyüş bir neçə dəqiqə dayandırılıb.

Qeyd edək ki, Usikin peşəkar rinqdə 21 qələbəsi var (14-ü nokautla). Ukraynalı məğlubiyyət acısı yaşamayıb.


Facebook-da paylaş

Xəbəri paylaş