Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondoçularımız Bolqarıstana yola düşür



Bolqarıstanın paytaxtı Sofiya şəhərində növbəti beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Taekvondo Federasiyasından BrendSport.az saytına verilən məlumata görə, G1 kateqoriyalı turnirdə iştirak etmək məqsədi ilə Bolqarıstana yollanan gənclərdən ibarət milli yığma komandamız ölkəmizi 6 taekvondoçu ilə təmsil edəcək.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov "Sofia Open" turnirində gənc taekvondoçulardan Bəhruz Quluzadə (-48 kq), Xanoğlan Kərimov (-51 kq), Ayaz Qənbərli (-55 kq) və Cavad Ağayevi (-63 kq) sınaqdan keçirəcək.

Qızlardan isə Minayə Əkbərova (-44 kq) və Sevda Pirseyidova (-49 kq) medallar uğrunda mübarizə aparacaq. Yarış 3-4 mart tarixlərində baş tutacaq və qalib olan idmançı reytinq xallarına 10 xal əlavə edəcək.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş