“Sabah” Türkiyə, Monteneqro və Çexiya komandaları ilə qarşılaşacaq
“Sabah” basketbol komandası müntəzəm mövsümdə Türkiyə, Monteneqro və Çexiya təmsilçiləri ilə qarşılaşacaq.
BrendSport.az xəbər verir ki , təsnifat mərhələsində yer aldığı qrupu birinci pillədə başa vuran Azərbaycan çempionu bu dəfə D qrupunda mübarizə aparacaq.
Boban Mitevin yetirmələri ilk oyunlarını oktyabrın 18-də keçirəcəklər.
“Sabah”ın qrupda keçirəcəyi matçların təqvimi belədir:
18 oktyabr
“Mornar” (Monteneqro) – “Sabah”
Bar. Topolika İdman Zalı
25 oktyabr
“Sabah” – “Bağçaşəhər” (Türkiyə)
Bakı. “Sərhədçi” İdman Mərkəzi
1 noyabr
“Nimburk” (Çexiya) – “Sabah”
Nimburk İdman Mərkəzi
8 noyabr
“Sabah” – “Mornar” (Monteneqro)
Bakı. “Sərhədçi” İdman Mərkəzi
15 noyabr
“Bağçaşəhər” (Türkiyə) – “Sabah”
İstanbul. Ülkər İdman Zalı
22 noyabr
“Sabah” – “Nimburk” (Çexiya)
Bakı. “Sərhədçi” İdman Mərkəzi
Qeyd edək ki, “Sabah” təsnifat mərhələsində “Donar” (Niderland), “Rabotniçki” (Şimali Makedoniya) və “Rapid”i (Rumıniya) məğlub edib.
Facebook-da paylaş