Əsas Səhifə > Dünya idmanı > “Sabah” Türkiyə, Monteneqro və Çexiya komandaları ilə qarşılaşacaq
“Sabah” Türkiyə, Monteneqro və Çexiya komandaları ilə qarşılaşacaq6-10-2023, 10:02 |
“Sabah” basketbol komandası müntəzəm mövsümdə Türkiyə, Monteneqro və Çexiya təmsilçiləri ilə qarşılaşacaq. BrendSport.az xəbər verir ki , təsnifat mərhələsində yer aldığı qrupu birinci pillədə başa vuran Azərbaycan çempionu bu dəfə D qrupunda mübarizə aparacaq. Boban Mitevin yetirmələri ilk oyunlarını oktyabrın 18-də keçirəcəklər. “Sabah”ın qrupda keçirəcəyi matçların təqvimi belədir: 18 oktyabr “Mornar” (Monteneqro) – “Sabah” Bar. Topolika İdman Zalı 25 oktyabr “Sabah” – “Bağçaşəhər” (Türkiyə) Bakı. “Sərhədçi” İdman Mərkəzi 1 noyabr “Nimburk” (Çexiya) – “Sabah” Nimburk İdman Mərkəzi 8 noyabr “Sabah” – “Mornar” (Monteneqro) Bakı. “Sərhədçi” İdman Mərkəzi 15 noyabr “Bağçaşəhər” (Türkiyə) – “Sabah” İstanbul. Ülkər İdman Zalı 22 noyabr “Sabah” – “Nimburk” (Çexiya) Bakı. “Sərhədçi” İdman Mərkəzi Qeyd edək ki, “Sabah” təsnifat mərhələsində “Donar” (Niderland), “Rabotniçki” (Şimali Makedoniya) və “Rapid”i (Rumıniya) məğlub edib. Geri qayıt |