Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qalatasaray” “Qarabağ”a məxsus Avropa rekordunu təkrarlaya bilər



Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın 2022/2023 mövsümündə qazandığı ardıcıl 13 oyunluq qələbə seriyasını təkrarlaya bilər.

BrendSport.az
xəbər verir ki, İstanbul təmsilçisinə bunun üçün Super Liqanın növbəti matçında qalibiyyət kifayət edəcək.

Hazırda Avropa rekordu mövsümün startında Azərbaycan Premyer Liqasının ardıcıl 13 görüşündə büdrəməyən “Qarabağ”a məxsusdur. “Qalatasaray” isə Super Liqanın son 12 turunda rəqiblərini üstələməyi bacarıb.

Ümumilikdə Avropanın 11 klubu cari mövsüm ardıcıl minimum 10 qalibiyyət əldə edə bilib. “Qarabağ”ın başçılıq etdiyi siyahıda “Qalatasaray” istisna olmaqla, digər komandaların hamısının seriyası dayanıb.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə çempionatında növbəti oyununu martın 11-də keçirəcək. “Sarı-qırmızılılar” həmin gün XXV turun matçında turnir cədvəlinin autsayderlər zonasında qərarlaşan “Kasımpaşa”nı qəbul edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş